Bakıda 3 aylıq körpə küçəyə atıldı- FOTO


Bakıda ötən gün körpə küçəyə atılıb.

AFN.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, körpə dünən gecə saatlarında paytaxt sakinlərindən birinin qapısına tanımadığı şəxs tərəfindən qoyulub və o uşağı sığınacağa gətirib: “Körpənin üzərində özünün və anasının sənədi tapılıb. Hazırda körpənin hansı səbəbdən tərk edilməsi və anasının tapılması üçün araşdırma aparılır. O, müayinə olunaraq sığınacağımıza yerləşdirilib”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev körpənin 3 aylıq olduğunu və faktla bağlı araşdırmalara başlanıldığını bildirib: “Polis əməkdaşları tərəfindən dünən gecə saatlarında Binəqədi rayonunda küçədən tapılan 3 aylıq körpə oğlan uşağı sığınacağa yerləşdirilib. Tədbirlərlə onun anasının şəxsiyyəti müəyyən edilib. Araşdırma aparılır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu