Cənubi Afrikada binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 19-a çatıb


Cənubi Afrikanın Corc şəhərində mayın 6-da çökən çoxmərtəbəli binada ölənlərin sayı 19-a yüksəlib.



Corc Bələdiyyəsindən verilən açıqlamada 81 inşaatçının dağıntılar altında qaldığı binanın dağıntıları altından indiyədək 48 nəfərin xilas edildiyi bildirilib.

Açıqlamada hadisədə həyatını itirənlərin sayının 19-a yüksəldiyi açıqlanıb.

Açıqlamada dağıntılar altında qalan 33 nəfərin axtarış-xilasetmə işlərinin hadisənin 7-ci günündən fasiləsiz davam etdiyi vurğulanıb və yaralanan işçilərdən 14-nün xəstəxanada müalicəsinin davam etdiyi qeyd edilib.

Qeyd edək ki, mayın 6-da Müqəddəs Corc şəhərinin mərkəzində Viktoriya və York küçələrinin kəsişməsində meriyanın yanında yerləşən tikilməkdə olan çoxmərtəbəli bina uçub.

Hadisədən sonra bələdiyyə binadakı insanların sayını 75 nəfər elan etsə də, sonradan bu rəqəmi 81-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu