Argentinada iki qatar toqquşub: 60 nəfər xəsarət alıb


Argentinada şəhərətrafı qatarın dayanmış digər qatara çırpılması nəticəsində 60 nəfər xəsarət alıb.



Argentinada Təcili Tibbi Yardım Sistemi (SAME) tərəfindən verilən açıqlamada, paytaxt Buenos Ayresin Palermo rayonunda körpüdə hərəkət edən qatarın park edilmiş başqa bir qatara çırpıldığı bildirilib.

Çox sayda axtarış-xilasetmə qrupunun sövq edildiyi qəza bölgəsində 30-u ağır olmaqla 60 nəfər yaralanıb.

Vəziyyəti ağır olan sərnişinlərdən bəziləri helikopterlə digər xəstəxanalara aparılıb.

Yerli KİV-in məlumatına görə, şəhərətrafı qatar dayanacaqda olan və təmirdə olan qatarın vaqonlarına çırpılıb.

Qəza ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu