Maldivdə keçirilən parlament seçkilərində prezident Muizzunun partiyası qalib gəlib
Maldiv Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən seçkidə bölgələri təmsil edən 93 yerdən 86-sı müəyyənləşib.
Komissiya PNC-nin 86 mandatdan 66-nı qazandığını açıqlasa da, prezident Muizzunun partiyası qalan 7 yerin nəticələrini gözləmədən qələbəsini elan edib.
Hazırda hazırkı parlamentdə çoxluğa sahib olan Maldiv Demokratik Partiyası (MDP) cəmi 10 yer qazana bildi.
Qeyd edək ki, Maldiv adalarında keçirilən seçkiləri orada rəqabət aparan Hindistan və Çin də yaxından izləyir.