Maldivdə deputatlar arasında dava düşdü


Maldiv adalarında kabinetə təyin olunacaq yeni nazirlərə etimad səsverməsindən əvvəl parlamentdə deputatlar arasında dava düşüb.



2023-cü ilin sonunda Hind okeanında ada ölkəsi olan Maldiv adalarının prezidenti seçilən Məhəmməd Muizzu parlament çoxluğuna sahib olan müxalifətin sərt reaksiyası ilə üzləşib.

Maldiv milli mətbuatında yer alan xəbərə görə, prezident Muizzunun kabinetinə təyin etdiyi yeni nazirlər üçün etimad səsverməsindən əvvəl parlamentdə dava düşüb.

Müxalif Maldiv Demokratik Partiyasının (MDP) Muizzunun kabinetinə təyin ediləcək nazir namizədlərinə etimad səsverməsinə qarşı çıxması hakim qanadın reaksiyasına səbəb olub.

Ölkə mətbuatında və internetdə yayılan görüntülərə görə, PPM-PNC qanadının deputatları müxalif MDP deputatları ilə toqquşublar.

Millət vəkillərinin dava etdiyi, bir-birini təpiklədiyi və yerə yıxıldığı anlar kameraya düşüb.

Hadisələrdən sonra xəsarət alan deputatın xəstəxanaya yerləşdirildiyi bildirilib

Bildirilib ki, MDP və demokratlar Muizzunun işdən çıxarılması üçün vəsatət təqdim etməyə hazırlaşır və bu məqsədlə imza toplayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu