Hindistan Maldiv adalarından hərbi personalını geri çəkməyə başlayır


Hindistan Maldiv adaları ilə əldə etdiyi razılaşma çərçivəsində hərbi personalını bölgədən çıxarmağa başlayıb.



Maldiv adaları Müdafiə Nazirliyi Hindistanın Maldiv adalarına göndərdiyi əsgərlərdən 25-nin razılaşdırıldığı kimi martın 10-dan əvvəl ölkədən çəkilməyə başladığını açıqlayıb.

Bildirilib ki, Hindistan hərbçilərinin istifadə etdiyi iki helikopter və bir təyyarə bundan sonra mülki personal tərəfindən istifadə olunacaq.

Tərəflər arasında əldə olunan razılaşma çərçivəsində ölkədə qalan Hindistan əsgərləri və dəstək personalı mayın 10-dək geri çəkilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu