ABŞ Avropanı Rusiyanın dondurulmuş aktivləri üzrə gəlirlərə vergiləri azaltmağa çağırıb


Birləşmiş Ştatlar Avropa tənzimləyicilərini dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərə görə vergiləri azaltmağa çağırıb.


Bu barədə “Financial Times” qəzeti ABŞ prezidentinin qlobal iqtisadi məsələlərə nəzarət edən köməkçisinin müavini Dalip Sinqə istinadən məlumat verib. Onun sözlərinə görə, 50 milyard dollara qədər sərbəst buraxıla bilər: “Aktivlərin hara yatırıldığı, həm də onların hansı səviyyədə vergiyə cəlb olunduğu önəmlidir. Biz bu dondurulmuş ehtiyatlardan hər bir avronun Ukraynanın xeyrinə gətirdiyi gəliri maksimuma çatdırmalıyıq", - deyə Sinq bildirib.

O əlavə edib ki, borcalanlar vəsaitlərinin geri qaytarılacağına dair təminat almalıdırlar ki, bu da gəlirin müəyyən faizini bu məqsədlə saxlamaqla əldə edilə bilər.

Aİ, Kanada, ABŞ və Yaponiya münaqişə başladıqdan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-da yerləşir və onun böyük hissəsi Avropada, o cümlədən Belçikadakı "Euroclear" beynəlxalq platformasındadır. AK bloklanmış Rusiya fondlarından əldə olunan gəlirlərin Kiyevə yardım göstərmək üçün istifadə edilməsi təklifini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu