Həmcinsi ilə nişanlanan azərbaycanlı aparıcı: Çoxu məni qınayır


ANS telekanalının məşhur aparıcısı Natiq Nailəoğlunun bir vaxtlar qadın imzası daşımasına aydınlıq gətirməsi yenidən gündəmə gəlib. Onun həmcinsi ilə nişanlanması xəbərindən sonra sözügedən mövzu ilə bağlı fikirləri aktuallaşıb.


AFN.az tabloid.az-a istinadən bildirir ki, aparıcı heç nəyə baxmayaraq, bu imzanı ömrü boyu daşıyacağını deyib:

"Nailəoğlu" imzasına görə, çoxları məni qınayır. İmzam insanlarda fərqli fikirlər formalaşdırır. Biri elə bilir mən uşaq evində böyümüşəm. Başqası elə bilir ki, Nailə İslamzadənin oğluyam. Hətta bu yaxınlarda Gövhər Həsənzadə məni tədbirlərdən birində görüb anamın əhvalını soruşdu. Mən də ona izah etdim ki, mən Nailə İslamzadənin oğlu deyiləm. İki yaşım olanda anam dünyasını dəyişib.

Arzum olub ki, onun adını hansısa formada yaşadım. Onun adını özümə imza olaraq götürdüm. Niyə də olmasın?! Cənnət anaların ayaqları altındadır. Məgər ananın adını imzanda daşımaq ayıbdır? Bunu özümə ayıb saymıram. Heç nəyə baxmayaraq, bu imzanı ömrüm boyu daşıyacağam. Qanunlarımız yol versə, hətta soyadım kimi rəsmiləşdirərdim".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu