Atam öləndə qəbrin içində meyidə dedim ki... - Tolik kədərləndi


"Atamla anam mən uşaq olanda ayrılıb".


Ölkə.Az xəbər verir ki, bu sözləri tanınmış prodüser, aparıcı Tarix Əliyev (Tolik) "Sözbaz" verilişində qonaq olarkən deyib. O, valideynlərinin ayrılmasına görə hər zaman ürəyində bir nisgil olduğunu söyləyib:

"O vaxt atam və anam Neft daşlarında işləyirdi. Dövlət anama 2 otaqlı ev verdi. Qaraçuxurda məscidlə üzbəüz yaşamışıq. Mən ora köçənə qədər biz babamın həyət evində yaşayırdıq.

Hökumət evinə köçəndən sonra axırıncı çərşənbələrdə həyətdə tonqal qalayanda pəncərəni açıb uşaqları evə çağırırdılar ki, "papa" gəlib, gəlin, süfrə başında oturun. Həmişə mənim içimdə o nisgil var idi.

Düzdür, atam imkansız olmayıb, anam da qarmon müəlliməsi olub, toylardan qazanıb.
Atam çox qısqanc idi. Atamla anam eyni məktəbdə oxuyublar. Atam anamı sevib, amma sonradan boşandılar. Həmişə öz-özümə deyirdim ki, kaş çoxlu pulum olardı, heç vaxt qoymazdım ki, atamla anam ayrılsınlar.

Böyüyəndə də deyirdilər ki, yeni ildə mütləq 12-də evdə olmalıyam, 12-dən sonra gələrəm. Amma mən restoranda qalırdım. Anam Almaniyada, atam da burada öz ailəinin yanında idi. Atam öləndə qəbrin içində meyidə dedim ki, məni bağışlasın. Bəlkə elə şeylər var ki, atam məndən hallallıq almalı idi. Amma mən atama hər şeyi bağışlamışam".

O, uşaq olanda xalası ərinin onu evdən qovmasından da söz açıb:

"Xalamgildə çox qalmışam.O vaxt Əmrah təzə mahnı çıxarmışdı. "Yanıyorum, ah yanıyorum, yar bana haram geceler" mahnısını oxuduğuma görə, xalamın əri gecə məni evdən qovdu. O saatda marşurut işləmirdi. Türkanda qəbiristanlıqdan aşağıdakı yerdən Hövsana qədər qaranlıq yolda tək getmişdim".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu