Somalidə prezident və parlament üzvləri xalq tərəfindən seçiləcək


Somalidə parlamentin konstitusiyaya etdiyi dəyişikliklə prezidentin və parlament üzvlərinin artıq xalq tərəfindən seçilməsinə qərar verilib.



Somali parlamentinin sədri Şeyx Adan Madobe mətbuata açıqlamasında konstitusiyada dəyişikliklər edildiyi barədə məlumat paylaşıb.

Madobe bildirib ki, dəyişikliyə əsasən bundan sonra xalq prezidenti və parlament üzvlərini seçəcək.

Yeni dəyişikliyə əsasən prezidentin səlahiyyət müddəti 4 ildən 5 ilə yüksəldilib. Prezidentə baş naziri təyin etmək və istədiyi vaxt vəzifədən azad etmək səlahiyyəti də verilib.

Somali parlamentinin qəbul etdiyi qərar bəzi siyasətçilər və Putland kimi bəzi ştatlar tərəfindən tənqid edilib.

Qeyd edək ki, Somali "4.5 sistemi" adlı qəbilə mərkəzli sistemlə idarə olunur. Ölkənin dörd ən böyük tayfası parlamentdə bərabər sayda təmsil olunduğu halda, digər tayfalar seçdikləri nümayəndələrin yarısı ilə parlamentdə təmsil olunurlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu