Somalidə daşqınlarda ölənlərin sayı 36-ya çatıb


Somalidə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.



Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) tərəfindən verilən açıqlamada, Somalidəki sel fəlakəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.

OCHA-nın açıqlamasına görə, ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.

Açıqlamaya görə, həyatını itirənlərdən 8-i uşaqdır və sel səbəbiylə qapalı qalan 2400 nəfərin xilas edilməsi üçün işlər qayıqlarla davam edir.

Somali Fəlakət İdarəetmə Agentliyi (SODMA) qurbanlara qida, geyim və dərman kimi əsas humanitar yardım göstərir.

Somalidə leysan yağışların səbəb olduğu daşqınlardan təxminən 800 min insan zərər çəkib.

Son illərin ən şiddətli quraqlığı yağışların və daşqınların təsirli olduğu Somali və qonşu Keniyada yaşanıb.

Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır. Keniya həddindən artıq yağışla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Daşqınlardan sonra Somalinin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu