İngiltərədə insanlar 48 yerdə Fələstinə dəstək yürüşü keçirib


Vətəndaşlar Böyük Britaniyanın 48 nöqtəsində toplaşaraq Qəzzada təcili atəşkəs çağırışı ilə yürüşlər təşkil ediblər.



Keçən oktyabr ayından Böyük Britaniyada Fələstinə dəstək yürüşləri təşkil edən qeyri-hökumət təşkilatlarının çağırışı ilə ölkə daxilində 48 yerdə keçirilən aksiyalara minlərlə insan qatılıb.

Paytaxt Londonda Qəzzada atəşkəs tələbi ilə 11 etiraz aksiyası keçirilib. Camden bölgəsində toplaşan fəallar ana müxalifətdəki İşçi Partiyasının lideri Keir Starmerin Mornington Crescent bölgəsindəki ofisinə doğru yürüş ediblər.

Starmeri, eləcə də İngiltərə hökumətini İsrailə dəstək verdiyi və soyqırıma göz yumduğu üçün tənqid edən fəallar “Azad Fələstin”, “Fələstin çaydan dənizə azad olacaq”, “Uşaqları bombalamağa son” kimi şüarlar səsləndiriblər.

Digər tərəfdən İsraili dəstəkləyən bir qrup da Starmerin ofisi qarşısına toplaşıb. İki fəal qrupun bir araya gəlməsinin qarşısını almaq istəyən polis geniş təhlükəsizlik tədbirləri görüb.

Bu gün İngiltərənin 48 yerində, o cümlədən ölkənin ikinci böyük şəhəri Birmingem və Uelsin paytaxtı Kardiffdə Fələstinə dəstək yürüşləri keçirilib, Nyukasl və Vorçester şəhərlərində isə qiyabi dəfn mərasimləri keçirilib.

Sabah Liverpul, London, Ridinq və Portsmut şəhərlərində Fələstinə dəstək yürüşləri keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu