Nyu-Yorkda Fələstinə dəstək yürüşü keçirilib


Nyu Yorkda minlərlə nümayişçi Fələstinə dəstək aksiyası keçirmək üçün küçələrə çıxıb.


Bu barədə "The Guardian" xəbər verir.

Nümayişçilər “İsrail işğalına” son qoymağa və Fələstin ərazilərinin “azad edilməsinə” çağırıblar. Dinc mitinqdə iştirak edənlərin çoxu Fələstin bayrağı daşıyıb. Bundan əlavə, etirazçılar “Çaydan dənizə Fələstin azad olacaq” şüarını səsləndiriblər. Nəşrin qeyd etdiyi kimi, bəzi yəhudi təşkilatlarına görə, şüar İsraili məhv etməyə çağırır və antisemitizm xarakteri daşıyır. Eyni zamanda, bu şüardan istifadə edənlər bunun fələstinlilərlə israilliləri bərabərliyə çağırdığını iddia edirlər.

Amerikanın digər şəhərlərində də Fələstinə dəstək aksiyaları keçirilib. Xüsusilə Mayamidə 200-ə yaxın insan küçələrə çıxıb.

Almaniya şəhərlərində də Fələstinin radikal HƏMAS hərəkatına dəstək aksiyalarının keçirildiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu