KİV: ABŞ-ın Qəzzaya nəzarəti Fələstinə keçirmək planı var
ABŞ prezidenti Co Baydenin administrasiyası münaqişənin sonunda Qəzza zolağına nəzarəti Fələstinə verməyi planlaşdırır.
Bu barədə “Politico” nəşri iki amerikalı rəsmiyə istinadən xəbər verib.
Nəşrin mənbələri qeyd ediblər ki, Ağ Evin və ABŞ Dövlət Departamentinin əməkdaşları çoxlu siyasi sənədlərdə və idarələrarası görüşlərdə İsrail və HƏMAS arasında döyüşlər başa çatdıqdan sonra Qəzzada vəziyyəti sabitləşdirmək planlarını hazırlayırlar. "Bayden administrasiyasının rəsmiləri həftələrdir sakitcə çox fazalı müharibədən sonrakı plan hazırlayırlar ki, bu plan yenilənmiş Fələstin Administrasiyasının nəhayət Qəzza zolağına nəzarəti ələ keçirəcəyini görəcək" - deyə nəşr yazır.
Əvvəllər ABŞ İsrailin qəzzalıların bölgəni tərk etməsi çağırışına qarşı çıxıb. Bunu ölkənin vitse-prezidenti Kamala Harris deyib. Onun fikrincə, problemi həll etməyin yeganə yolu tam hüquqlu Fələstin dövlətinin yaradılması və beynəlxalq dəstək şərti ilə Qəzza zolağının onun nəzarətinə verilməsidir.