Bayden: Qəzza son nəticədə Fələstin administrasiyasının nəzarəti altında olmalıdır
ABŞ prezidenti Co Bayden qeyd edib ki, Qəzza son nəticədə Fələstin administrasiyasının nəzarəti altında olmalıdır.
“The Washington Post”un xəbərinə görə, Bayden Qəzza və İordan çayının qərb sahilinin gələcəyi ilə bağlı “Sülh üçün səy göstərdiyimiz halda, son nəticədə Qəzza və İordan çayının dirçəldilmiş Fələstin rəhbərliyi altında yenidən birləşməlidir” - deyə bildirib.
İki dövlətli həll üçün çalışdıqlarını vurğulayan Bayden qeyd edib ki, fələstinlilər Qəzzadan zorla çıxarılmamalı, ora yenidən işğal edilməməli, mühasirəyə və blokadaya alınmamalı, əraziləri daralmamalıdır.
İsrailli məskunlaşmaların mülki şəxslərə qarşı zorakılıqlarının artdığı bilinsə də, Bayden İordan çayının qərb sahilində mülki şəxslərə hücum edənlərə qarşı viza qadağası tətbiq etməyə hazır olduqlarını vurğulayıb.
Məqalədə Bayden, "İsrail liderlərinə israr etdim ki, İordan çayının qərb sahilində fələstinlilərə qarşı həddindən artıq zorakılıq dayandırılmalı və zorakılıq törədənlər məsuliyyətə cəlb edilməlidir" - deyə qeyd edib.