İsrail Qəzzadan gələn 35 işçini İordan çayının qərb sahilində saxlayıb
İsraildə işləyən və işğal altındakı İordan çayının qərb sahilinə deportasiya edilən Qəzzalı işçilərdən 35-i nəzarətə alınıb.
Fələstin Azadlıq Təşkilatının Əsir İşləri Komitəsindən verilən açıqlamaya görə, İsrail qüvvələri İordan çayının qərb sahilinə deportasiya edilən Qəzza işçilərinin qaldığı Hebrondakı məktəbə basqın edib.
Açıqlamada İsrailin oktyabrın 7-dən bu yana ölkədə çalışan yüzlərlə Qəzzalı işçini İordan çayının qərb sahilinə deportasiya etdiyi, İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının isə 680-ə yüksəldiyi qeyd edilib.
Qəzzadakı Fələstin Əmək Nazirliyinin məlumatına görə, İsraildə işləmək icazəsi olan təxminən 18500 fələstinli var.