Almaniyada Fələstinlə həmrəylik nümayişi keçirilib


Almaniyanın Köln şəhərində Fələstin xalqı ilə həmrəylik məqsədilə etiraz aksiyası keçirilib. Aksiyaya yüzlərlə insan qatılıb.


Şəhərin mərkəzindəki məşhur Heumarkt meydanında keçirilən nümayişə müxtəlif müsəlman ölkələrinin vətəndaşları, eləcə də türklər və almanlar dəstək verib.

Fələstin bayraqları və Fələstin xalqına dəstək mesajları olan pankartlar daşıyan etirazçılar “Fələstinə azadlıq”, “Fələstində İsrail zülmünə son” kimi şüarlar səsləndiriblər.

Çıxışlarda öz torpaqlarından qovulmağa çalışılan Fələstin xalqının illərdir çəkdiyi zülmdən bəhs edilərkən, İsrailin fələstinlilərə qarşı hücumları tənqid edilib.

Digər tərəfdən, təxminən 15 nəfər əllərində İsrail bayraqları ilə əks nümayiş keçirib.

Polis iki qrup arasında təhlükəsizlik tədbirləri alıb.

Təxminən iki saat davam edən aksiyadan sonra nümayişçilər dinc şəkildə dağılışıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu