"Crocus City Hall"dakı terror Nord-Ost terroru ilə müqayisə olunur
"Crocus City Hall"da törədilən terror aktını Nord-Ost, Beslan və Budennovsk hücumu ilə müqayisə etmək olar.
Bu barədə “Alfa” antiterror bölməsinin Beynəlxalq Veteranları Assosiasiyasının Şurası məlumat yayıb.
"Crocus Siti Hall"da baş verən faciədən sonra biz başqa ölkədə ayıldıq. Baş verənlər miqyası və rezonansı baxımından onu Budennovsk, Nord-Ost və Beslanla eyni səviyyəyə qoyur", - məlumatda deyilir.
Eyni zamanda, "Alfa" veteranları terrorçuların əvvəllər də bəzi tələblər irəli sürdüyünə diqqət çəkiblər. "İndi onlar öz hərəkətlərini yalnız əhalini öldürmək və qorxutmaq üçün həyata keçirirlər", - assosiasiya qeyd edib. Onların fikrincə, bu tendensiya başa çatıb.
"Alfa" veteranları hesab edirlər ki, təhdidlərin mahiyyətinin dəyişdirilməsi müharibə dövrünün reallıqlarına keçidi və xüsusilə ağır cinayətlər törədən şəxslərə qarşı ölüm cəzasının tətbiqinə qoyulmuş moratoriumdan imtina etməyi tələb edir. "Bu, ilk növbədə, hərəkətləri insanların həyatına, ölkənin təhlükəsizliyinə təhlükə yaradan və ya artıq ağır nəticələrə səbəb olan terrorçulara, təxribatçılara, onların rəhbərlərinə və ortaqlarına aiddir", - deyə açıqlamada qeyd edilib.