Azad edilmiş rayonlarda yeni iş yerləri -


2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yeri açılıb.


Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 59% artıb. 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 797 yeni iş yerləri yaradılıb.

Ötən il ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb (müvafiq olaraq 625 və 275).

Cədvəldə 2022-ci ildə və 2023-cü ildə yeni yaradılmış iş yerlərinin sayı verilib.

Ölkə.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu