Dollara tələb yenidən 100 milyonu keçdi
Bu gün Mərkəzi Bankda keçirilən növbəti valyuta hərracında tələb 103,9 mln. ABŞ dolları təşkil edib və tələb tam təmin edilib.
"Ölkə.Az"ın məlumatına görə, bu, fevralın 13-də keçirilən bir öncəki hərracdan 31% və ya 47,2 mln dollar azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.