Dollarla bağlı mühüm xəbər
31 oktyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 41 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 18.8% azdır. Belə ki, 26 oktyabrda keçirilən valyuta hərracında banklar 50.5 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. (APA)