Güclü külək Sumqayıtda körpünün qoruyucu çəpərlərini uçurub - FOTOLAR
Güclü külək Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı körpünün qoruyucu çəpərlərini uçurub.
APA xəbər verir ki, ötən gündən başlayan külək sonradan güclənib. Nəticədə Sumqayıtla Sarayı birləşdirən körpünün qoruyucu çəpərləri uçub.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, hadisə baş verən ərazidə qəza şəraiti yaradan uşmuş çəpərlər götürülüb, külək kəsdikdən sonra qoruyucu çəpərlər bərpa olunacaq.