HƏMAS-dan atəşkəs bəyanatı

HƏMAS Hərəkatının Siyasi Büro üzvü Usamə əl-Həmdan Fələstin qrupunun əvvəldən tələb etdiyi daimi atəşkəs olmadan razılaşmanı qəbul etməyəcəyini bildirib.
Livanda yerləşən LBC televiziyasına danışan HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan, "Qəzzanın blokadası qaldırılmasa və daimi atəşkəsə nail olunmasa, qısamüddətli təklifləri müqavimətin qəbul etməsinə heç bir yol yoxdur" - deyə bildirib.
Həmdan qeyd edib ki, azadlığa çıxmaq istədikləri fələstinlilər arasında hərəkatından asılı olmayaraq, müqavimət fəaliyyətlərində iştirak etdiklərinə və ya rəhbərlik etdiklərinə görə İsraildə ömürlük həbsə məhkum edilmiş insanlar var.
Bu kontekstdə Fələstinin Fəth Hərəkatının liderlərindən olan Mərvan Barquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin (AXC) baş katibi Əhməd Səadətin adlarını xatırladan Həmdan İsraildə saxlanılanların azad edilməsinin vacib olduğunu bildirib.