Yaponiya Kaşivazaki-Kariva AES-in istismarına qoyulan qadağanı ləğv edib
Yaponiyanın şimal-qərbində yerləşən Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının istismarına qoyulan qadağa aradan qaldırılıb.
"Tokyo Electric Power" (TEPCO) tərəfindən verilən açıqlamaya görə, istismardan çıxarılan Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası üçün yeni qərar qəbul edilib. Stansiyanın 2 ildən artıqdır həyata keçirilən “təhlükəsizlik” yoxlamasının başa çatdığı və Yaponiya Nüvə Tənzimləmə Təşkilatının (NRA) yekdilliklə fəaliyyət qadağasını ləğv etdiyi bildirilib.
Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının yenidən işə düşməsi üçün Niiqata Prefekturasının Qubernatorluğu onu təsdiqləməlidir.
Niigata əyalətinin qubernatoru Hanazumi Hideyo vətəndaşların fikirlərini dinləyəcəklərini və buna uyğun qərar verəcəklərini açıqlayıb.
Elektrik stansiyasının 2021-ci ilin aprelində "ciddi təhlükəsizlik zəifliyi" səbəbiylə hasilatı qadağan edilib.
Yapon dənizinin (Şərq dənizi) sahilində yerləşən 7 reaktorlu kompleks istehsal gücünə görə dünyanın ən böyük elektrik stansiyalarından biri kimi tanınır.