Fukusimadan çıxan radioaktiv tullantı suları okeana axıdılmağa başladı


Yaponiya 2011-ci ildə baş verən zəlzələdən sonra sunami nəticəsində zədələnmiş Fukuşima Atom Elektrik Stansiyasının radioaktiv tullantı sularını okeana axıtmağa başlayıb.


Elektrik stansiyasının operatoru "Tokyo Electric Power Company" (TEPCO) verdiyi açıqlamada boşalma prosesinin yerli vaxtla saat 13:00-da başladığını açıqlayıb.

Açıqlamada, seyrəldilmiş radioaktiv tullantı sularının yeraltından dənizə qədər uzanan 1 kilometrlik tunel vasitəsilə axıdıldığı bildirilib.

Əvvəl elan edilmiş plana əsasən, şirkət birinci mərhələdə 17 gün ərzində 7800 ton tullantı suyu okeana axıdacaq.

2024-cü ilin mart ayına qədər ümumilikdə 31 min 200 ton radioaktiv tullantı sularının axıdılması planlaşdırılır.

TEPCO xəbərdarlıq edib ki, Fukusimada 1,34 milyon ton tullantı su yığılıb və bu, axıdılmasa, 2024-cü ilin əvvəlində anbar tutumunu keçəcək.

Avqustun 22-də Nazirlər Kabinetinin iclasından sonra Baş nazir Kişida Fumio Fukuşimadan radioaktiv tullantı sularının okeana axıdılmasına avqustun 24-də başlanılacağını elan edib.

Qərar bölgədə yaşayan balıqçıların və ətraf mühitin mühafizəsi fəallarının, eləcə də qonşu ölkələrin, xüsusən də Çinin reaksiyasına səbəb olub.

Tənqidlərə qarşı, Yaponiya okeana axıdılması planlaşdırılan radio tullantı sularının təmiz su ilə seyrəldildiyini, beləliklə sudakı radioaktiv materialın insan sağlamlığı və ətraf mühit üçün zərərli sayılanların 40 faizindən az olduğunu elan edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi, elektrik stansiyasında apardığı araşdırmalardan sonra iyulun 4-də dərc etdiyi hesabatda Yaponiyanın tullantı sularının axıdılması planının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu