Bakıda yüksək vəzifəli şəxsin xidməti maşını qəzaya uğradı - FOTO


Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsinin xidməti maşınının qəzaya uğradığı bildirilir.


Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinə məxsus “Nissan Altima” markalı “10 AO 025” seriyalı avtomobili “Toyota Corolla” markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə birinciyə ciddi zərər dəyib.

Manset.az yazır ki, “10 AO 025” seriyalı xidməti avtomobil Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova məxsusdur. Onun hadisə zamanı maşında olmadığı qeyd edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu