Ukrayna Avropadakı bu müttəfiqini itirə bilər


Hollandiya hökumətinin başçısı postuna namizəd Geert Vilders Kiyev üçün çətinlik yarada bilər.


Ukraynanın "Kyiv Independent" nəşri yazır ki, onun Macarıstanın lideri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fiko ilə əməkdaşlığı Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarına təsir edə bilər.

Hollandiyalı jurnalist Geert Hahn qeyd edib ki, Vilders Orbana yaxınlığı ilə seçilir. "Onların Fico ilə əməkdaşlığı Aİ-nin gələcək sanksiya paketlərinin inkişafına təsir göstərə bilər" - deyə, jurnalist əlavə edib.

Müəllifin fikrincə, Vildersin Azadlıq Partiyasının (PVV) parlament seçkilərində qələbəsi Hollandiyanın Kiyevin tərəfdaşlığı erasının sonu olacaq. PVV Ukraynaya hərbi və maliyyə yardımının əleyhinədir və ölkənin öz müdafiə qabiliyyətinin zəifləməsindən narahatdır.

Vildersin rusiyayönlü fikirləri də narahatlıq doğruru. Müəllif xatırladıb ki, siyasətçi Qərbdə rusofobiyaya və anti-Rusiya sanksiyalarına qarşı çıxıb.

Vilders həm də ABŞ-ı Ukraynada sülhə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu