Yas mərasimində döşəmə çökdü: 1 ölü, 23 yaralı - YENİLƏNİB


Bərdə RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Cahangirovun saytımıza bildirdiyinə görə, hadisənin baş verdiyi ev yeni inşa olunub.


Döşəmənin çökməsi yasda eyni otaqda olan 50-yə yaxın insanın ağırlığına dözməməsidir: “Ev yeni inşa olunub. Sadəcə otaqda 50-yə yaxın şəxs olduğuna görə döşəmə ağırlığa dözməyib. Hadisə nəticəsində kənd sakini, 65 yaşlı Sarıtel Məmmədova vəfat edib”.


***

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.


“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanlıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu