AzTV-nin binasında uçqun oldu, texniki işçi öldü- YENİLƏNİB
"Xəbər verdiyimiz kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev ölüb. Xilacedicilər onun cəsədini dağıntılar altından çıxarıb.
****
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan şəxsin çıxarılması istiqamətində iş aparılır.