Rusiyalı futbolçunun meyiti dəniz kənarında tapılıb


Rusiyalı futbolçu Aleksey Lesin 30 yaşında vəfat edib.



AFN.az xəbər verir ki, bunu oyunçunun atası Sergey Lesin “RİA Novosti”yə açıqlamasında deyib.

O bildirib ki, oğlunun meyiti Soçidə dəniz kənarında tapılıb. S.Lesin “Bomik” klubunda çıxış edən A.Lesinin ölümündən əvvəl komanda daxilində problem yaşadığı üçün düşərgədən ayrıldığını və dəniz boyu gəzintiyə çıxdığını bildirib. Sergey Lesin əlavə edib ki, həmin vaxt oğlunun əlində olan bel çantası tapılmayıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu