Naxçıvanda bəbir cəsədi aşkarlandı - FOTOLAR


Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 1915 m hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir leşi aşkar olunub.


Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Hadisə yerində Naxçıvan MR təbiəti mühafizə və hüquq-mühafizə orqanlarının əməkdaşları olub. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib.

Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Kameral işlər bitdikdən sonra bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçğunu, olduğu nəticəsinə gəlinib.

Heyvanın leşi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaq. Hadisə yerində olan dövlət təmsilçiləri leşin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüb və gələcəkdə bütöv skeletə əlavə ediləcək.

Qeyd edilib ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu