HƏMAS bu gün Qəzza zolağını tərk edə biləcək təxminən 600 nəfərin siyahısını açıqlayıb


HƏMAS sərhəd xidməti noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağını tərk edə biləcək təxminən 600 nəfərin siyahısını açıqlayıb.



AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sərhəd xidmətinin açıqladığı siyahıda 400 ABŞ vətəndaşı daxil olmaqla, 596 xarici ölkə vətəndaşı və ikili vətəndaşlığı olan şəxslərin adları var. Buraya Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu