HƏMAS israilli qadın və uşaqlarının əsirlikdən azad edildiyini açıqlayıb
HƏMAS bildirib ki, girovluqda olan bir israilli qadın və iki uşağı azad edib.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Həmas Əl-Qəssam Briqadaları qrupuna görə, israilli qadın və uşaqlarının sərbəst buraxılması ilə bağlı görüntülər ortaya çıxıb”, - deyə telekanal qeyd edir.
“Əl-Cəzirə”nin məlumatına görə, uzaqdan çəkilmiş görüntülərdə qadın və uşaqlar, eləcə də kişilərin – ehtimal ki, Həmas əsgərlərinin getdiyi görünür. Media aydınlaşdırır ki, qadın və uşaqlar İsraillə Qəzza zolağı arasında sərhəd ola biləcək hasarın yaxınlığındakı açıq ərazidədir.