İranın məşhur kinorejissoru Dariuş Mehrjui və həyat yoldaşı öz evlərində ölü tapılıblar


İranın məşhur kinorejissoru Dariuş Mehrjui Tehran yaxınlığındakı Kərəc şəhərindəki evində qətlə yetirilib.


AFN.az-ın məlumatına görə, bu barədə "Mehr" xəbər verib.

Dariush Mehrjui və həyat yoldaşı Vahidə Məhəmmədifar oktyabrın 14-də Kərəcdəki villasında qətlə yetiriliblər. Məlumatı Kino Evinin idarə heyətinin rəhbəri Məhəmməd Mehdi Əsgərpur, eləcə də hadisə yerində olan rejissorlardan biri təsdiqləyib.

Hadisə Kərəcin Meşkin Daştında baş verib. Hadisə barədə rejissor Dariuş Mehrjuinin qızı məlumat verib.Əlborz əyalətinin polisi Dariuş Mehrjuinin qətlinin motivini hələlik açıqlamayıb.

Mehrjui İran İncəsənət Akademiyasının üzvü idi. O, 1970-ci illərin əvvəllərində İranın Yeni Dalğa hərəkatının yaradıcılarından biri olub. Onun ikinci filmi olan "İnək" bu cərəyanın ilk filmi hesab olunur.

Filmlərinin əksəriyyəti ədəbiyyatdan ilhamlanaraq, İran və xarici roman və pyeslərə uyğunlaşdırılıb.

Mehrjui 1993-cü ildə San Sebastian Beynəlxalq Film Festivalında Qızıl Qabıq və 1998-ci ildə Çikaqo Beynəlxalq Film Festivalında Gümüş Hüqo da daxil olmaqla 49 milli və beynəlxalq mükafat alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu