İsrail günün sonuna qədər “HƏMAS” silahlılarını ölkədən çıxarmağa ümid edir


İsrail Müdafiə Qüvvələri bu günün sonuna kimi "HƏMAS" yaraqlılarının ölkə ərazisindən təmizlənməsini başa çatdırmağa ümid edir.


Bunu CNN telekanalına İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Heht deyib.

“Biz bütün diqqətimizi gücümüzü qorumağa yönəltmişik. Biz danışdıqca döyüşlər davam edir. Ümid edirik ki, günün sonuna qədər İsrail daxilində terrorçular sağ qalmayacaq. Biz yavaş-yavaş ərazilərin təhlükəsizliyini təmin edirik və daxil olan bütün terrorçularla məşğul olmağa çalışırıq”, - Riçard Heht vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu