İDF HƏMAS rəhbərliyinin yaşadığı ərazidə reyd keçirib
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın yüksək səviyyəli liderlərinin yaşadığı Qəzza zolağının Rimal bölgəsində reydlər keçirdiyini bildirib.
Bu barədə İsrail ordusunun Telegram kanalında məlumat yayılıb.
İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Rimal və Şeyx İclin ərazilərində fəaliyyət göstərən Zirehli Korpus, Mühəndislər, Hərbi Hava Qüvvələri və Hava Desant Briqadaları 35 tunel şaxtası və çoxlu sayda silah aşkarlayıb. İsrail ordusu çoxlu sayda silah aşkarladığını və HƏMAS üzvlərini öldürdüyünü iddia edir. Reyd hərəkatın infrastrukturunu və aktivlərini məhv etmək məqsədi ilə həyata keçirilib.
HƏMAS-la qarşıdurmanın şiddətlənməsindən sonra həlak olan İDF əsgərlərinin sayı 378-ə çatıb.