Fransanın Ermənistanla bacılıq sevgisi Ukrayna bayrağını da "vurdu"


Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin hakimiyyəti ölkə prezidenti Vladimir Zelenskinin Qarabağla bağlı fikirlərindən sonra meriya binasının fasadından Ukrayna bayrağını götürüb.


Bu haqda Fransa mediasında xəbər verilib.

Bildirilir ki, binada Ukrayna bayrağı 2022-ci ilin fevralında qaldırılıb.

Oktyabrın 4-də Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Ukrayna prezidenti özünün Teleqram kanalında yazıb ki, o, Bakıya humanitar yardıma, xüsusən də enerji sektoruna görə təşəkkür edib.

Prezidentlər regional təhlükəsizlik, çağırışlar və qarşılıqlı fəaliyyət formalarını müzakirə edib, həmçinin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliklərini təsdiqləyiblər.

Vyana meriyası isə iddia edib ki, Zelenskinin bu açıqlamaları “suallar yaradır”. Meriyanın açıqlamasından belə çıxıb ki, onlar Qarabağdakı antiterror əməliyyatlarından narahatdırlar və bu əməliyyatı hələ də "etnik təmizləmə" kimi qiymətləndirirlər. Bu baxımdan Zelenskinin Azərbaycan Prezidenti haqda xoş sözləri, Azərbaycanın öz ərazisində apardığı antiterror əməliyyatlarına etiraz etməməsi (?) Ermənistanın böyük bacılarının narazılığına səbəb olub və onlar bunun əvəzində Rusiyanın işğalına qarşı dirənən Ukraynaya dəstək məqsədilə asdıqları bayrağı endiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu