İnsan alverinə həsr olunan “saxta elanlara aldanma” adlı film təqdim olundu - FOFO


"İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Virtual imkanlardan istifadə etməklə insan alveri ilə mübarizə sahəsində maarifləndirmə” adlı layihə həyata keçirib.


Təşkilat layihəyə əsasən “saxta elanlara aldanma” adlı qısametrajlı filmi çəkərək ictimaiyyətə təqdim edib.

Layihə barəsində məlumat verən təşkilat sədri Ramiz Alıyev bildirib ki, 2 ay ərzində həyata keçirilən layihənin əsas məqsədlərindən biri də insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarət olub.

Onun sözlərinə görə, qısametrajlı filmi peşəkar komanda çəkib. Bu gündən etibarən həmin film sosial şəbəkə hesablarından yayımlanacaq. Film insanların saxta elanlara aldanaraq xaricə aparılmasından bəhs edir.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu