Ramiz Alıyev: “Hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır”




DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta İnternat məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirib.



Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis- polkovniki Fuad Əliyev və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev iştirak ediblər. Natiqlər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla da kəskin mübarizə aparıldığını bəyan etmişlər. Fuad Əliyev baş idarənin fəaliyyəti istiqqməti və görülən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir. Eyni zamanda DİN-nin insan alveri qurbanlarına kömək fondu və insan alveri qurbanlarının sığnacağı haqqında danışmışdır.
Ramiz Alıyev isə vətəndaş cəmiyyətinin bu yöndə apardığı fəaliyyət barəsində, görülən işlər haqqında çıxış etmiş, eyni zamanda cənab Prezident tərəfindən təyin olunan İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında məlumat vermiş və Milli Koordinatorun bu cinayət növü ilə bağlı qətiyyət nümayiş etdirməsini xüsusi vurğulamışdır. Natiq çıxışı zamanı bildirmişdir ki, “hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır”
Tədbir sual cavab ilə davam etmişdir və sonda DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi tədbir iştirakçılarına nümayiş olunmuşdur.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu