Qədim Yerixo şəhərinin Dünya İrs Siyahısına daxil edilməsinə İsraildən reaksiya


İsrail Qədim Yerixo şəhərinin (Telle es-Sultan) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilməsinə reaksiya verib.


İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu qərarın fələstinlilərin YUNESKO-dan istifadə etməsinin və təşkilatın siyasiləşməsinin göstəricisi olduğu irəli sürülüb.

Fələstinin Turizm və Qədim Əsərlər naziri Rula Muaya bu gün YUNESKO-nun Yerixo Qədim Şəhərini (Telle es-Sultan) Dünya İrs Siyahısına daxil etdiyini açıqlayıb.

İsrail 2011-ci ildə təşkilatın Fələstini üzv dövlət kimi qəbul etməsinə qarşı çıxıb və 2019-cu ildə YUNESKO-nun qərəzli olduğunu iddia edərək təşkilatdan çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu