ABŞ YUNESKO-ya qayıtmağa qərar verdi
Birləşmiş Ştatlar YUNESKO-ya (Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət təşkilatı) yenidən üzv olmaq qərarı haqqında məlumat verib.
Dövlət katibinin İdarəetmə və Resurslar üzrə müavini Riçard Verma BMT-nin mədəniyyət agentliyinə Vaşinqtonun təşkilata borcunu ödəmək planı da daxil olmaqla məktub göndərib. Ötən ilin dekabrında ABŞ Konqresi UNESCO-ya üzvlük haqqının ödənilməsi üçün 500 milyon dollardan çox vəsaiti təsdiqləyib. Ödəniş ölkənin yenidən təşkilata qoşulmasına imkan verəcək.
Fələstin Muxtariyyəti 2011-ci ildə YUNESKO-nun tamhüquqlu üzvü olduqdan sonra Obama administrasiyası təşkilatı maliyyələşdirməyi dayandırıb. 2017-ci ilin oktyabrında Donald Trampın dövründə ABŞ hakimiyyəti YUNESKO-nu “anti-İsrail siyasətində” ittiham edərək agentlikdən çıxdığını elan etdi. Az sonra İsrail də YUNESKO-dan çıxdığını elan etmişdi.