YUNESKO ölkələri ABŞ-ın təşkilata qayıtmasını dəstəkləyib


YUNESKO-ya üzv olan ölkələrin əksəriyyəti borcun tədricən ödənilməsi şərtləri ilə ABŞ-ın təşkilata qayıtmasını dəstəkləyib.


Bu barədə TASS məlumat yayıb. Müvafiq qətnamə YUNESKO-nun Baş Konfransının növbədənkənar sessiyasında qəbul edilib. Səsvermədə 142 ölkə iştirak edib. Təklif olunan qətnamə layihəsinin lehinə 132 nümayəndə heyəti çıxış edib. Daha 10 ölkə buna qarşı çıxıb, 15-i isə bitərəf qalıb.

Sənədin qəbulu üçün 95 səs çoxluğu əldə etmək lazım idi. Beləliklə, qərar layihəsi təsdiq edilib.

Sənəddə deyilir ki, əvvəllər Vaşinqton ondan asılı olmayan şəraitə görə rüsumları ödəmirdi. İyulun 31-dək ABŞ-ın təşkilata qayıdışı rəsmiləşərsə, onların nümayəndə heyəti İcraiyyə Şurasına seçilə və UNESCO Baş Konfransının 43-cü sessiyasına qədər bütün səsvermədə iştirak edə biləcək. Baş Konfransın daxili reqlamentinin bəzi müddəaları Vaşinqtonun borcunun həcminə görə dayandırılacaq.

Xatırladaq ki, ABŞ 2018-ci il dekabrın 31-də UNESCO-dan rəsmən çıxıb. Amerika hakimiyyəti bu qərarını təşkilatı anti-İsrail mövqeli hesab etmələri ilə izah edib. Belə ki, Vaşinqton Fələstinin YUNESKO-ya daxil edilməsindən narazılığını bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu