Saharaaltı Afrikadan 5 yer YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 45-ci iclasında Saharaaltı Afrikadan 5 yer YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Həmin yerlərin siyahısında Efiopiyanın cənubunda yerləşən 3500 metr hündürlüyündəki “Bale Dağları Milli Parkı” da var.
Təxminən 30 min il əvvəl məskunlaşdığı kəşf edilən Beyl dağları insanların hündürlükdə qurduğu ən qədim yaşayış sahəsi hesab olunur.
Həmçinin Efiopiyada Gedeao icmasının üzvlərinə məxsus monumental klasterləri və kənd təsərrüfatı sahələrini özündə birləşdirən “Gedeo mədəni mənzərəsi” də siyahıya daxil edilib.
Siyahıya Mərkəzi Afrikadakı ən böyük fil populyasiyalarından biri olan Konqo Respublikasındakı “Odzala-Kokoua Milli Parkı” da daxil edilib.
Zəngin biomüxtəlifliyi ilə məşhur olan, dünyada nadir quş və kərtənkələ növlərinə ev sahibliyi edən Madaqaskardakı "Andrefana Quru Meşələri" də Ümumdünya İrs Siyahısın daxil edilib.
Toqonun şimal-şərqindəki ərazinin 2004-cü ildə “Koutammakou Torpaqları” olaraq qeyd edilən və Beninə qədər genişləndirilən hissəsi siyahıya yeni daxil edilən yerlər sırasındadır.
Koutammakou animist inanclara malik olan Batammariba icması tərəfindən çiy kərpicdən və müxtəlif yerli materiallardan tikilmiş ənənəvi evləri ilə tanınır.
Digər tərəfdən, uğurlu bərpa işləri nəticəsində Uqandanın paytaxtı Kampaladakı "Buqanda Kral Türbələri"nin Təhlükəli Dünya İrsi Siyahısından çıxarılmasına qərar verilib.