İran sərbəst buraxılan valyuta aktivlərinin istehsal üçün istifadə olunacağını açıqlayıb


İran prezidenti İbrahim Rəisi ABŞ-la razılaşma çərçivəsində sərbəst buraxılan milyardlarla dollarlıq valyuta aktivlərini yerli istehsalı dəstəkləmək üçün istifadə edəcəklərini bildirib.


İran dövlət televiziyasının məlumatına görə, Rəisi ölkəsinin uzun müddət blokadada olan valyuta ehtiyatlarının sərbəst buraxılmasını "diplomatik uğur" kimi xarakterizə edib.

Sərbəst buraxılan milyardlarla dolların necə istifadə ediləcəyi ilə bağlı müzakirələrə toxunan İran prezidenti onların istehsal layihələrinə xərclənəcəyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu