Ermənistan əsgəri öldü

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Jora Zöhraboviç Karapetyan güllə yarası alıb.
AFN.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Hadisə avqustun 10-da baş verib.
Həkimlərin səyinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb. Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisənin baş vermə şəraitini tam aydınlaşdırmaq üçün araşdırma aparılır.