Ermənistanın iki əsgəri itkin düşdü


Martın 21-də baş verən güclü qar fırtınasında Ermənistan Silahlı Qüvvələrinin iki müqaviləli əsgəri itkin düşüb.



Qaynarinfo xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün olayla bağlı məlumat yayıb.

Məlumatda deyilir: "Dünən başlayan axtarış-xilasetmə işlərinə aramsız qar fırtınası mane olur. Hərbi qulluqçuların tapılması üçün bütün tədbirlər görülür”.

İtkin düşən əsgərlərin adları da açıqlanıb: Karen Şahnazaryan və Aqasi Ovannisyan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu