Yanğın səbəbilə Rodosdan çıxan turistlərə bir həftəlik pulsuz məzuniyyət verəcək
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Rodosda meşə yanğınları nəticəsində tətili yarımçıq qalan turistlərə bir həftəlik pulsuz tətil vəd edib.
Mitsotakis, İngiltərədə ITV yayımına verdiyi müsahibədə, Yunan hökumətinin Rodosun yerli hökuməti ilə əməkdaşlıq edərək, yanğın səbəbiylə tətilini yarımçıq qoymalı olan turistlərə gələn yaz və ya payızda bir həftə pulsuz tətil təklif edəcəyini açıqlayıb.
İyul ayında adada baş verən meşə yanğınlarında təxminən 135 min hektar meşə sahəsi yanıb, yanğın səbəbiylə 20 min insan adadan təxliyə edilib.