Mühacirlərin Nyu Yorkda sığınacaqda qalma müddəti məhdudlaşdırıldı


Nyu-York Bələdiyyəsi şəhərdə yaşayan mühacirlərin sayının artması və yerləşdirmənin qeyri-kafi olması səbəbindən yetkin immiqrantların sığınacaqlarda qalma müddətini məhdudlaşdırmağa qərar verib.


AFN.az-ın məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbər yayıb.

İmmiqrantlar üçün yaşayış yeri təmin etməkdə çətinlik çəkdiklərini ifadə edən Bələdiyyə başçısı Adams, sığınacaqlarda qalan yetkin immiqrantlara alternativ mənzil tapmaq üçün 60 gün vaxt veriləcəyini bildirib.

Qərardan sonra immiqrantların Manhettendəki Ruzvelt otelinin qarşısında gözlədikləri müşahidə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu