Moldova ukraynalı qaçqınların qalma müddətini 90 günə qədər azaldıb
Moldova növbəti altı ay ərzində ukraynalı qaçqınların onun ərazisində qalma müddətini 90 günə qədər azaldıb. Bununla bağlı ölkənin Fövqəladə Hallar Komissiyası qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Mayın 15-dən müvəqqəti müdafiə hüququ olan şəxslərin Moldova ərazisində qalma müddəti altı ay ərzində 90 gün olacaq. Müvəqqəti müdafiə üçün müraciət edənlər sadələşdirilmiş əmək şərtlərindən hələ də yararlana biləcəklər”, - məlumatda deyilir.