Cozef Borrell Rusiyanı Odessasındakı mədəniyyət obyektlərinə zərbələr endirməkdə ittiham edib
Avropa İttifaqı Rusiyanın UNESCO tərəfindən qorunan yüzlərlə mədəni irsin yerləşdiyi Ukraynanın Odessa şəhərinə davam edən raket hücumlarını pisləyib.
AFN.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri CoseF Borrell Twitter-də yazıb.
"YUNESKO tərəfindən qorunan Odessaya qarşı davam edən Rusiyanın raket terroru Kremlin növbəti hərbi cinayətidir. Dünya irsi siyahısına daxil edilmiş əsas pravoslav kilsəsi də dağıdılıb. Rusiya Ukraynanı məhv etmək cəhdi ilə artıq yüzlərlə mədəniyyət obyektinə ziyan vurub", - deyə Aİ-nin ali nümayəndəsi bildirib.
Qeyd edək ki, iyulun 23-nə keçən gecə Odessada şəhərin mərkəzində yerləşən Spaso-Preobrajenski kilsəsi zədələnib.